BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin böyük uğuru
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 13 şagirdi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən IX Respublika Fənn Müsabiqələrinin, 4 şagirdi isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.
Belə ki, liseyin şagirdləri Alikamal Həsən, Sulduz Hacıyev, Saleh Həsənli, Mehdi Şeydalı Riyaziyyat fənni üzrə qızıl, Yusif Fətullayev Fizika, Akif Qurbanov Riyaziyyat fənləri üzrə gümüş, Ayxan Məmmədli Fizika, Fidan Həşimova Kimya, Tayfun Məhərrəmli, Ülvi Süleymanlı, Tamerlan Heydərov, Ağasəlim Musayev, Aysu Abbasova Riyaziyyat fənləri üzrə bürünc medala layiq görülüblər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə liseyin şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadıqlı və Murad İmanov isə bürünc medalın sahibi olublar. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında medal sayına görə “Gənc istedadlar” liseyi ölkə üzrə II yerdədir.
Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!