Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası 1983-cü ildə televiziya verilişləri hazırlamaq məqsədilə fəaliyyətə başlayıb. Studiyanın əsas vəzifəsi jurnalistika ixtisası üzrə təhsil alan tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərini təcrübədə tətbiq etməklə onlarda yaradıcılıq və peşə vərdişlərinin formalaşmasına köməklik göstərməkdir.
Tədris tele-radio studiyası - 1988-ci il | Tədris tele-radio studiyası - 2019-cu il |
Studiya 2000-ci ildə UNESCO-nun maliyyə dəstəyi ilə yeni avadanlıqlarla təchiz edilmişdir. 2006-cı ildə studiyanın nəzdində radio bölməsi açılmış, radio yayımları üçün zəruri avadanlıqlar quraşdırılmışdır. 2016-cı ildə BDU ilə əməkdaşlıq çərçivəsində TİKA-nın maliyyə dəstəyi ilə Tədris tele-radio studiyası yenidən təmir olunmuş və ən müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmişdir. 2019-cu ildən isə studiyanın nəzdində fotostudiya fəaliyyətə başlamışdır.
Fəaliyyəti dövründə tələbələrin nəzəri, praktik və fərdi biliklərinin artırılması məqsədilə studiyada tələbələrin iştirakı ilə müntəzəm olaraq televiziya və radio verilişləri, süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlanaraq yayımlanmışdır. Hazırda studiyada Universitetin təhsil, elm, ictimai həyatını əks etdirən, Azərbaycan, rus və ingilis dillərində xəbərlər bloku hazırlanır. Bu xəbərlər “BDU XƏBƏR”, ”BSU TV NEWS”, “БГУ Новости” adı altında “YOUTUBE” kanalında və sosial şəbəkələr vasitəsilə yayımlanır. Xəbərlərin hazırlanmasında aparıcı, müxbir, reportyor və operator olaraq Universitetin Jurnalistika və digər fakültələrinin tələbələri çalışırlar. Studiya həmçinin BDU-da keçirilən mədəni-kütləvi tədbirləri, elmi konfrans və simpoziumlar və s. lentə alınaraq arxivləşdirilir.
Televiziya studiyasında “Gələcəyin sədası”, “Maraq nöqtəsi”, “Riyazi reallıq”, “Tələbə bileti”, ”Tarixin yaddaşı”, “Bioviki ”, “Techno-info”, “Mədəniyyət”, “İdmançı”, ”Sport up”, "Mətbuat səngəri" adlı verilişlər, “Heykəltaraş”, ”Həyat eşqi”, “AXC-100” adlı qısammetrajlı sənədli filmlər hazırlanmışdır.
Radio studiyasında “Xəbər” informasıya bloku, “Expromt”, “Bu gün”, “Mənim Universitetim”, “Uğurun alqoritmi”, “100 illik xəzinə”, “Qəhrəmanlar bizimlə”, ”Ədəbiyyatdan bir gün”, “Ədəbi incilər”, “Sənətin Əmiri”, “III mərtəbə”, “Без обид” adlı verilişlər hazırlanmışdır.
Tədris tele-radio studiyası - 2020-ci il | Tədris tele-radio studiyası - 2021-cI il |
BDU-nun 100 illik yubileyi münasibətilə “100 illik xəzinə” adlı radio verilişlər silsiləsi və ”BDU-ya infotur” adlı tanıtım çarxı təqdim edilmişdir.
Studiyanın BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzilə birgə hazırladığı “Xilaskar”, “Ulu Öndər”, “Vətən marşı”, ”İstiqlaliyyət”, “Deyirəm uşaqlar heç ağlamasın”, “Körpə gülüşü – sevinc himni”, “Bakı Dövlət Universitetinin müəllimləri”, “Milli mədəniyyətimizin Üzeyir zirvəsi”, “Azərbaycan” adlı musiqili kompozisyalarını Universitet və ölkə ictimaiyyəti maraqla qarşılamışdır.
Vətən müharibəsi dövründə haqq mübarizəmizə həsr olunan “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, Xudafərin” adlı qum kompozisyaları hazırlanmışdır.
Tədris tele-radio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı silsilə maarifləndirici verilişlər torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq mübarizəmiz, rəşadətli ordumuzun parlaq qələbəsi, müharibədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzuları əhatə edilir.
BDU TV-də tələbə gənclərin estetik və mənəvi tərbiyəsi, COVID-19 pandemiyası ilə mübarizə və s. mövzularda 2020-ci ildə 67, 2021-ci ildə 61 proqram, müəllif verilişi, videçarx və s. hazırlanmışdır.
2020-ci ildə BDU TV-də hazırlanmış proqramlar
2021-ci ildə BDU TV-də hazırlanmış proqramlar
2022-ci ildə BDU TV-də hazırlanmış proqramlar
2023-cü ildə BDU TV-də hazırlanmış proqramlar