Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılmışdır.
Kitab Evi
“Kitab Evi” Universitetin professor-müəllim heyətinə və tələbələrə ən yeni elmi ədəbiyyat, dərslik və dərs vəsaitlərini təqdim edir.
Mədəniyyət və yaradıcılıq
İstedadlı və yaradıcı tələbələri öz ətrafında birləşdirən Mədəniyyət-yaradıcılıq Mərkəzi müxtəlif mədəniyyət və yaradıcılıq layihələri, musiqi proqramları, ədəbi-bədii kompozisiyalarla Universitetin mədəni və ictimai həyatında mühüm rol oynayır.
BDU TV
BDU TV Universitetin təhsil və elmi fəaliyyəti, sosial-mədəni həyatına həsr olunmuş müxtəlif proqramlar və verilişlər, müsahibələr hazırlayaraq Universitet və ölkə ictimaiyyətinə təqdim edir.
İctimai iaşə
Universitetin ən müasir tələblərə cavab verən yeməkxanaları və bufetləri professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli iaşə xidməti göstərir.
İdman və sağlamlıq
İdman-sağlamlıq Mərkəzi Universitet əməkdaşları və tələbələrinin sağlamlığının qorunması və möhkəmləndirilməsini, asudə vaxtlarının səmərəli təşkili, onlarda bədən tərbiyəsi və idmana həvəsin artırılması və şərait yaradılması istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir.
“Bakı Universiteti” qəzeti
Universitetin təhsil və elmi fəaliyyəti, sosial-mədəni həyatınını müxtəlif materiallarla ictimaiyyətə təqdim edir.
Tibbi xidmət
Bakı Dövlət Universitetinin əməkdaş və tələbələrinə BDU ərazisindəki poliklinika vasitəsilə peşəkar tibbi xidmət göstərir.
İstirahət və asudə vaxt
Universitetin əməkdaş və tələbələrinin öz asudə vaxtlarını səmərəli keçirmələri, istirahətlərinin təşkili üçün Mədəniyyət-yaradıcılıq Mərkəzi, İdman-sağlamlıq Mərkəzi, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzi fəaliyyət göstərir.