BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planı və ona müvafiq olaraq təsdiq edilmiş 2021-2025-ci illər üçün Fəaliyyət Planına əsasən BDU-da beynəlxalq əlaqələrin, xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi istiqaməti ilə bərabər, ölkəmizin iri sənaye müəssisələri, dövlət və özəl təşkilatlar, elm və təhsil, mədəniyyət və yaradıcılıq mərkəzləri, ictimai birliklər ilə əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir. Universitetin elm, təhsil və sosial fəaliyyətin gücləndirilməsi, dövlət və özəl təşkilatların, ictimai birliklərin, iri sənaye müəssisələrinin öz layihələrini təqdim etdiyi sosial platformaya çevrilməsi istiqamətində sistemli addımlar atılır.
Universitet – sənaye işbirliyinin yaradılması, elmi nəticələrin sənayedə tətbiqi, tədris prosesinə sənayedə çalışan mütəxəssislərin cəlb olunması, tələbələrin istehsalatda yeni meyarlarla təcrübə keçməsi, eləcə də əmək bazarının mövcud tələbatını, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqları öyrənmək, bu tələbatın kadr hazırlığında nəzərə alınması üçün işəgötürənlərlə əlaqələr dərinləşdirilir, birgə əməkdaşlığın inkişafı məqsədilə müqavilələr, memorandumlar, birgə fəaliyyət planları imzalanır. Digər tərəfdən Universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə birgə layihələr icra olunur. Ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli birgə konfranslar, seminarlar və digər tədbirlər keçirilir. İşəgötürənlər BDU tələbələrinə iş imkanları, təcrübə və təqaüd proqramları təqdim edir, müntəzəm olaraq təlimlər, seminar və treninqlər təşkil edir.
Ölkənin nüfuzlu dövlət və özəl müəssisələri ilə əməkdaşlığın yeni müstəvidə qurulması tədris prosesində əmək bazarının mövcud tələbatının, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqların nəzərə alınmasını, tədris proqramlarının təkmilləşdirilməsini şərtləndirir. Universitet – sənaye əməkdaşlığı sayəsində istehsalatda çalışan mütəxəssislərin BDU-da tədris prosesinə cəlb olunması tədris prosesinin keyfiyyətinin yüksəlməsinə, eləcə də tələbələrin öz ixtisaslarına uyğun istehsalatda təcrübə qazanmasına müsbət təsir göstərir. Birgə layihələr BDU-da elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəldir, yeni nəsil tədqiqiatçıların yetişdirilməsi prosesinə təkan verir.
Ölkədaxili əməkdaşlıq iki istiqamət üzrə həyata keçirilir:
- Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, şirkətlər, diplomatik nümayəndəliklərlə əməkdaşlıq;
- İri sənaye müəssisələri, dövlət və özəl təşkilatlat, elm, təhsil, mədəniyyət və yaradıcılıq müəssisələri, ictimai birliklər ilə əməkdaşlıq.
Hazırda BDU 70-dən artıq təşkilat ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Ölkəmizdə fəaliyyət göstərən bir sıra ölkələrin səfrilikləri ilə (Türkiyə, Pakistan, İsrail, Özbəkistan, Qazaxıstan, Yaponiya, Çin Xalq Respublikası, Çex Respublikası, Qətər, Səudiyyə Ərəbistanı və s.), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər qrumlarla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Müdafiə Sənayesi Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, "Aqrar Sığorta Fondu", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Ədliyyə Nazirliyi Probasiya Xidməti, Azərbaycan Milli Bankının Milli Depozit Mərkəzi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Əqli Mülkiyyət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DOST Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Notariat Palatası, Azərbaycan Mediasiya Şurası, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu, Tələbə Təhsil Kredit Fondu, Azərbaycan Milli Kitabxanası, “BP Exploration (Caspian Sea Limited)”, “PAŞA Həyat Sığorta" ASC, "PAŞA Sığorta" ASC ,“PAŞA Bank” ASC, “ARB24” MMC, “Xəzər TV” MMC, LU-MUN HOLDİNG, “CODELANDIA” MMC, “Coca-Cola Azərbaycan”, “Bayraktar Texnologiya – Azərbaycan” MMC və s. təşkilatlarla birgə əməkdaşlıq müqavilələri imzalanmışdır və birgə layihələr həyata keçirilir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
























































