Kollec 1922-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyətə başlamış, 1963-cü ildən Bakı Plan-Uçot Texnikumu adı ilə fəaliyyət göstərmişdir. 2002-ci il 26 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Plan-Uçot Texnikumunun bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyul tarixli 250 nömrəli Qərarı ilə Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
Kollecdə aşağıdakı təhsil proqramları (kurikulumları) həyata keçirilir:
- tam orta təhsil (ümumi orta təhsil bazasından təhsil alanlar üçün);
- orta ixtisas təhsili;
- əlavə təhsil.
Kollecə həm orta təhsil (9 illik), həm də tam orta təhsil (11 illik) bazasından dövlət hesabına və ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir.
Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
– Mühasibat uçotu;
– Maliyyə işi;
– Bank işi;
– Kitabxana-informasiya təminatı;
– Arxiv işi və kargüzarlıq;
– Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
– Məktəbəqədər təlim və tərbiyə;
– Ailə və ev təhsili.
Hazırda Kollecdə (2021/2022-ci tədris ili üçün) 1035 tələbə təhsil alır.
Kollecdə kadr hazırlığı ilə 121 müəllim məşğul olur.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec
Ünvan: Xırdalan şəhəri, 28-ci məhəllə, Nizami Gəncəvi küçəsi, 153
Tel.: (+994 12) 349-38-00
e-mail: [email protected]
www. bdih-kollec.edu.az