Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi

Tələbə elmi-texniki yaradıcılıq Mərkəzi BDU rektorunun 2020-ci il 21 dekabr tarixli “Bakı Dövlət universitetində Tələbə elmi-texniki yaradıcılıq Mərkəzinin yaradılması haqqında” əmri, BDU Elmi Şurasının 2020-ci il 30 noyabr tarixli iclasının qərarı ilə yaradılmışdır. 
Mərkəzin qarşıya qoyduğu əsas məqsədlərdən biri təhsil və elmin sənaye və istehsalatla əlaqələndirilməsi və müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanması işində yaxından iştirak etməkdir. Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 24 saat açıqdır. Burada tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparır, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndirir. Mərkəzdə tələbələrin elmi yaradıcılıq potensialının üzə çıxarılması üçün hər cür şərait yaradılmışdır.

 

BİZƏ QATILIN

DƏRNƏKLƏR

Elektronika dərnəyi

Elektronika dərnəyi

Təməl elektronika, dövrə elementləri, ölçü cihazları, proqramlaşdırılabilən mikrosxemlər və alternativ enerji sistemləri üzrə dərsdənkənar məşğələlər

Proqramlaşdırma dərnəyi

Proqramlaşdırma dərnəyi

Java, JavaScript, C++, C#, Python, Dart proqramlaşdırma dilləri və Süni İntellekt təlimi üzrə dərsdənkənar məşğələlər

Materialşünaslıq dərnəyi

Materialşünaslıq dərnəyi

Kimya, Nanotexnologiya, Biofizika, Biotexnologiya və Ekologiya mühəndisliyi üzrə dərsdənkənar məşğələlər

Astronomiya dərnəyi

Astronomiya dərnəyi

Astronomiya və Kosmos elmləri üzrə dərsdənkənar məşğələlər