Mexanika dərnəyi

BDU tələbələri Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Mexanika dərnəyində Mexatronika, Robototexnika, Uçuş sistemləri sahələri üzrə dərsdənkənar məşğələlərə qatılmaqla öz bilik və təcrübələrini artıra və müxtəlif layihələr hazırlaya bilərlər.

 

 

Xəbərlər:

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Qrant Müsabiqəsinin qalibi olan Reyhan Mirsultanova tərəfindən həyata keçirilən "Su mühitində müxtəlif çikləndirici maddələrin parçalanması" layihəsi davam etməkdədir. Layihə çərçivəsində hazırlanan avtonom üzə bilən su təmizləmə robotu vasitəsilə su mühitində olan müxtəlif kimyəvi tərkibli çirkləndiriciləri, plastik əsaslı tullantıları təmizləmək mümkün olacaqdır. Avtonom hərəkət, süni intellekt əsaslı əşya tanıma sistemi, ferromaqnit əsaslı palet mexanizması kimi texnologiyalara malik olan bu robot tam hazırlandıqdan sonra müxtəlif su mühitlərində test ediləcəkdir.