Reytinqlər

Quacquarelli Symonds (QS)

  • Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2027: Top Global Universities”-də 565-ci yerə yüksəlmiş və Cənubi Qafqazda lider mövqeyə malik ali təhsil müəssisəsidir. BDU ölkə tarixində ilk dəfə olaraq TOP-600-lükdə yer alaraq Azərbaycanın və Cənubi Qafqazın lider universiteti oldu.
  • BDU “QS Avropa” (“QS Europe”) reytinqində 278-ci pillədə qərarlaşır. Müvafiq reytinqdə BDU aşağıdakı indikatorlar üzrə qlobal miqyasda yüksək mövqelərə sahibdir: 
 
  • Fakültə-Tələbə Nisbəti (“Faculty-Student Ratio”) – 64-cü yer
  • Məşğulluq Nəticələri (“Employment Outcomes”) – 82-ci yer
  • Akademik Nüfuz (“Academic Reputation”) – 157-ci yer
  • BDU “QS Qərbi Asiya” (“QS Western Asia”) reytinqində 13-cü mövqedə yer alır.
  • BDU  “QS Fənlər üzrə Dünyanın Ən Yaxşı Universitetləri” reytinqində (“QS World University Rankings by Subject”) qeyd olunan ixtisas sahələri üzrə yüksək göstəricilərlə təmsil olunur. 
 
Neft və qaz mühəndisliyi – 51–100
Müasir dillər – 151–200
Riyaziyyat – 251–300
Hüquqşünaslıq – 301–350
Kimya mühəndisliyi – 401–450
Fizika və astronomiya – 401–450
Təbiət elmləri – 451–500
Kimya – 451–500
Mühəndislik və texnologiya – 501–550
Kompüter elmləri və informasiya sistemləri – 601–650
  • BDU  “QS Dayanıqlılıq” (“QS Sustainability”) reytinqində 1031-1040 mövqeyində qərarlaşır.

Times Higher Education (THE)

  • BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” reytinq agentliyinin tərtib etdiyi “Dünya Ən Yaxşı Universitetləri Reytinqi”ndə (“World University Rankings”) 1501+ mövqeyində qərarlaşır.
  • BDU THE-nin fənlər üzrə reytinq (“THE Subject Rankings”) siyahısında:
 
  • Fizika elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001-1250;
  • Mühəndislik elmləri (kimya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001–1250 mövqeyində yer alır.
  • BDU Times Higher Education  (#THE) təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” reytinqində tarixində ilk dəfə olaraq dünyanın TOP-200 universiteti sırasına daxil olub. Ötən il 401–600 diapazonunda yer alan BDU bu il mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 101–200 diapazonuna yüksəlib və qlobal ali təhsil məkanında növbəti mühüm uğura imza atıb. Eyni zamanda, universitet aşağıdakı sahələr üzrə qlobal Top-100-də yer almışdır:
 
  • DİM 5 (#SDG5) – Gender bərabərliyi: 30-cu yer
  • DİM 1 (#SDG1) – Yoxsulluğa son: 23-cü yer
  • DİM 10 (#SDG10) – Bərabərsizliyin azaldılması: 40-cı yer
  • DİM 4 (#SDG4)– Keyfiyyətli təhsil: 63-cü yer
  • DİM 16 (#SDG16) – Sülh, ədalət və güclü institutlar: 92-ci yer
  • BDU THE-nin “Fənlərarası Elm Reytinqi” (“Interdisciplinary Science Ranking”) nəticəsinə görə 401-500-cü diapazonda qərarlaşır.

Round University Ranking (RUR)

  • 2026-cı il üzrə açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinqinin nəticələrinə əsasən, BDU ötən illə müqayisədə 189 pillə irəliləyərək 636-cı mövqedə qərarlaşıb və Azərbaycan ali təhsil müəssisələri arasında liderdir.

UI GreenMetric

  • BDU UI GreenMetric dünya reytinqi (“World University Rankings”) nəticələrinə əsasən 493-cü yerdə qərarlaşır.

Azerbaijan National H-index Ranking

  • BDU  Azərbaycanın Milli H-İndeksi (“Azerbaijan National H-index”) reytinq nəticələrinə əsasən ali təhsil müəssisələri arasında ölkədə birinci yeri tutur.

"QS Stars" Audit Qiymətləndirilməsi

BDU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində 5 ulduz (“mükəmməl”) ilə dəyərləndirilmişdir. BDU ümumilikdə 9 əsas kateqoriya üzrə qiymətləndirilib  və 7 kateqoriya üzrə maksimal – 5 ulduz əldə edib:

Kateqoriya

Nəticə

Tədris (Teaching)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Akademik inkişaf (Academic Development)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

İnfrastruktur (Facilities)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Məşğulluq (Employability)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Ətraf mühitə təsir (Environmental Impact)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity and Inclusion)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Yaxşı idarəçilik (Good Governance)

⭐⭐⭐⭐⭐ (“mükəmməl”)

Qlobal iştirak (Global Engagement)

⭐⭐⭐⭐

(“Çox yaxşı”)

Proqramın üstünlüyü: Kimya (Program Strength: Chemistry)

⭐⭐⭐⭐

(“Çox yaxşı”)