Xarici tələbələr

Əziz tələbələr, Bakı Dövlət Universitetinə xoş gəlmisiniz!

Xarici tələbələrlə iş şöbəsi olaraq sizə Universitetə müraciət etdiyiniz andan dəstək olmaq üçün çalışırıq. Təhsil aldığınız müddətdə həm Azərbaycana və möhtəşəm Bakı şəhərimizə, həm də Universitetimizə uyğunlaşmağınızı, özünüzü evinizdəki kimi hiss etməyinizi təmin edəcəyik. Əməkdaşlarımız sizin Universitetdə dəstək olmaqla yanaşı, eyni zaman müxtəlif mədəniyyətlərin birləşdiyi, minllik tarixi olan Azərbaycanın əsrarəngiz mədəniyyəti ilə də tanış olmağa imkan yaradacaqdır.  

Bakı Dövlət Universitetində xarici ölkə vətəndaşlarının  mütəxəssis kimi hazırlığına 1968-ci ildən etibarən başlanılmışdır və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. 
Bu gün universitet məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər. Hal-hazırda Bakı Dövlət Universitetində 34 ölkədən 400-dən çox əcnəbi vətəndaş təhsil alır.