Əcnəbi tələbələr üçün onlayn müraciət

SIACAS (Study in Azerbaijan Mərkəzləşdirilmiş Qəbul Xidməti) portal.edu.az internet resursunda yerləşən və Azərbaycan Respublikasında fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrinə (universitetlər, akademiyalar, kolleclər, konservatoriyalar və digər təhsil müəssisələri daxil olmaqla) beynəlxalq tələbələrin qəbulunun təşkilini təmin edən mərkəzləşdirilmiş onlayn platformadır.

Azərbaycan Respublikasında təhsil almaq niyyətində olan xarici vətəndaşlar SIACAS vasitəsilə elektron qaydada qeydiyyatdan keçərək maraq göstərdikləri təhsil müəssisəsini və ixtisası seçə, ödənişsiz şəkildə müraciət edə bilərlər. Təqdim edilmiş müraciətlər müvafiq qaydada aidiyyəti qurumlara baxılması üçün yönləndirilir.

Müraciət üzrə ilkin qərar qəbul edildikdən sonra nəticə ərizəçinin şəxsi elektron kabinetində əks olunur. Təhsil müəssisəsinin müraciətə verdiyi qərardan asılı olaraq, ərizəçidən əlavə sənədlərin təqdim edilməsi, onlayn və ya əyani müsahibədə iştirak edilməsi və/və ya müəyyən edilmiş ödənişlərin həyata keçirilməsi tələb oluna bilər.

Ərizəçi ilə təhsil müəssisəsi arasında qəbul prosesi ilə bağlı bütün prosedurlar tamamlandıqdan sonra qəbul prosesi başa çatmış hesab edilir və qəbul olunmuş namizəd yaşayış, viza, səyahət və digər əlaqədar məsələlərin həllinə keçə bilər.

 

SIACAS vasitəsilə necə müraciət etmək barədə video təlimat

SIACAS-ın fəaliyyəti ilə bağlı məlumat və yardım üçün [email protected] və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.