Ali təhsil müəssisəsinin Himayəçilər Şurası strateji inkişaf məsələləri üzrə ictimai əsaslarla fəaliyyət göstərən idarəetmə orqanıdır.
Ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi, təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verilməsi, elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi, yeni informasiya və tədris texnologiyalarının tətbiqinin təmin edilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığına, beynəlxalq konfrans, seminar və digər tədbirlərin keçirilməsinə, onun brendinin formalaşdırılmasına və inkişafına köməklik göstərilməsi, elmi-pedaqoji potensialının inkişafına, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə və məzunların işlə təmin olunmasına dəstək göstərilməsi Himayəçilər Şurasının fəaliyyət istiqamətləridir.
Himayəçilər Şurasının tərkibinə ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafında maraqlı olan dövlət orqanlarının (qurumlarının), özəl qurumların, elmi təşkilat və müəssisələrin, ictimai birlik və assosiasiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici ölkə vətəndaşları daxil edilə bilər.
"Bakı Dövlət Universiteti" publik hüquqi şəxsin Himayəçilər Şurasının tərkibi Azərbaycan Respublikası təhsil nazirinin 2019-cu il 23 aprel tarixli F-213 nömrəli əmri ilə təsdiq olunmuş və 2021-ci il 21 yanvar tarixli F-12 nömrəli əmrlə ona dəyişiklik edilmişdir.
BDU-NUN HİMAYƏÇİLƏR ŞURASININ TƏRKİBİ: