SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır. İlk qəbul 2014/2015-ci tədris ilində aparılmışdır. SABAH qrupları 13 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərən, müvafiq ixtisaslar üzrə seçilmiş savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında bakalavriat səviyyəsində 11 ixtisas üzrə 913 tələbə, magistratura səviyyəsində 8 ixtisaslaşma üzrə 240 magistrant təhsil alır. SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi “SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilir, və tələbələr 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.
SABAH-IN HƏDƏFLƏRİ
- Təhsildə innovativ tədris metodlarının tətbiqi
- Təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi
- Təhsilverənlərin inkişafı və stimullaşdırılması
- Akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası
- Elm, təhsil və innovasiyanın əlaqəli şəkildə tədris prosesinə inteqrasiyası
SABAH-A QƏBUL
SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavriat səviyyəsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.
SABAH mərkəzi əlaqə
Ünvan: Akademik Zahid Xəlilov küçəsi – 33
BDU - 1 saylı bina, 3-cü mərtəbə_SABAH mərkəzi Indeks: AZ 1148 Bakı şəhəri, AZ-1073/1 Azərbaycan Respublikası
Tel.: (012) 5386015
E-mail: [email protected]
SABAH QRUPLARI HAQQINDA ƏLAVƏ MƏLUMAT ÜÇÜN (https://sabah.edu.az səhifəsinə keçid üçün)