Yataqxana
Bakıda xarici vətəndaşlar üçün yerləşməsi üçün geniş imkanlar mövcuddur. Müvafiq məlumatları sosial şəbəkələr və elektron axtarış vasitələrindən də əldə etmək mümkündür. Digər tərəfdən, Xarici tələbələrlə iş şöbəsinin əməkdaşları əcnəbi tələbələrə mənzil problemlərini mümkün şəkildə həll etməkdə köməklik göstərə bilər.
“Tələbə evi”nin - tanıtım çarxı
İctimai nəqliyyat
Bakıda əsas ictimai nəqliyyat vasitələri ucuz avtobuslar, yeraltı metro və taksilərdir. Həmçinin uzun məsafə getməli olduqda e-search vasitəsilə rahatlıqla avtomobil kirayə xidmətləri tapıb maşın kirayə götürə bilərsiniz.
"BakıKART" - beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.
08 avqust 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKART" vasitəsilə həyata keçirilir.
Daha geniş məlumat üçün https://www.bakikart.az/en/ saytına daxil ola bilərsiniz.
Metro
Bakı Dövlət Universiteti “Elmlər Akademiyası” metro stantisayasının yaxınlığında yerləşir. Məsafədən asılı olmadan gediş haqqı 30 qəpik təşkil edir. Metro səhər 06.00-dan axşam 24.00-a kimi fəaliyyət göstərir. Əlavə və daha geniş məlumat üçün https://www.metro.gov.az/en/ saytını yoxlaya bilərsiniz.
Avtobus
Şəhər avtobuslarında da gediş 30 qəpikdir. Bir çox Bakı marşurutları təfsilatı ilə gomap.az saytında göstərilmişdir. Qrafik haqqında məlumatları GoogleMaps tətbiqi vasitəsilə də əldə edə bilərsiniz.
Taksi
Bakıda müxtəlif taksi şirkətləri fəaliyyət göstərir.