BDU-da əməkdaş və təhsilalanların asudə vaxtlarının səmərəli təşkili, istedadlı əməkdaş və tələbələrin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələri, eləcə də onların istirahətinin təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə Mədəniyyət-yaradıcılıq Mərkəzi, İdman-sağlamlıq Mərkəzi, Quba tədris-təcrübə və istirahət Mərkəzi fakültələr və tələbə və həmkarlar ittifaqı təşkilatları ilə birgə tədbirlər həyata keçirir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), “BDU könüllüləri” fakültələrlə birgə tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müntəzəm sosial layihələr, müxtəlif müsabiqələr təşkil edir, onların ictimai fəallıqlarının artırılması istiqamətində layihələr icra edir. Universitetin kampusu, idman qurğuları, akt zalları, kitabxana zalları, Kitab Evi, Tələbə Evi və Tələbə Məkanında asudə vaxtın səmərəli təşkili məqsədilə zəruri şərait yaradılmışdır.
THİK müntəzəm olaraq tələbələrin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının istirahət bazalaraına səfərlərini, BDU Həmkarlar İttifaqı Komitəsi əməkdaşların Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının istirahət bazalaraında və Quba tədris-təcrübə və istirahət Mərkəzində istirahətlərini təşkil edir.
Əməkdaş və tələbələrin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin, idman bacarıqlarının inkişafı məqsədilə Mədəniyyət-yaradıcılıq Mərkəzi və İdman-sağlamlıq Mərkəzinin tərkibində yaradıcılıq və idman dərnək və klubları fəaliyyət göstərir.
Tələbə Məkanı tələbələrin şəbəkələşməsi, öz təşəbbüs və layihələrinin müzakirəsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün platforma rolunu oynayır.
Tələbə və həmkarlar ittifaqı təşkilatları Universitet ərazisində fəaliyyət göstərən 5 nömrəli Tələbə poliklinikası ilə birgə sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı maarifləndirici layihələr həyata keçirilir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


















.jpg)



