“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə beynəlxalq ikili diplom proqramlarının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.
Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.
Tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə BDU-da xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.
Qeyd edək ki, ikili diplom proqramı tələbələrə tərəfdaş universitetlərin müvafiq ixtisasları üzrə diplomlarını almaq imkanı verməklə yanaşı, hər iki universitetdən əldə edəcəyi təcrübənin təhsilin keyfiyyətinin artırılmasında və gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hazırda BDU-da 12 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir:
|
|
BDU ilə Çin Xalq Respublikasının Anhui Universiteti arasında 2023-cü ildə imzalanmış müqaviləyə əsasən “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı - sözügedən layihə ÇXR-in Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, BDU və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə əsasında icra olunacaq və tələbələr 2 il BDU-da və növbəti 2 ili isə Anhui Universitetində təhsil alacaqlar. Çində təhsil aldıqları zaman tələbələrə ÇXR-in Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi tərəfindən təqaüd də veriləcək.
|
|
|
BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında 2023-cü il tarixli müqaviləyə əsasən “Biotexnologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində” Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Proqrama qəbul şərtləri:
- “Biologiya”, “Kimya”, “Kimya mühəndisliyi”, “Fizika” və ya “Ekologiya” ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq;
- Yüksək akademik göstəriciyə malik olmaq (Ümümi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+);
- IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal;
- Bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
- Tibbi arayış.
Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə İsraildə HUJI-də həyata keçiriləcəkdir. Tələbə HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU-nun və HUJİ-nin (İsrail) “non-thesis” magistr diplomunu alacaqlar. Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr tədrisin ikinci ilində HUJI-nin “thesis” proqramına qatılma imkanı qazanacaq və BDU-nun və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar.
|
|
|
BDU ilə İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən "Biznesin Təşkili və İdarə Edilməsi (MBA)" ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - proqram çəçivəsində MBA üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. |
|
|
BDU ilə Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən “Biotexnologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - proqram çəçivəsində Biotexnologiya üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
|
|
|
BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən “Komputer elmləri” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı - layihənin əsas məqsədi kompyuter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
|
|
|
BDU ilə Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı - proqram çəçivəsində Beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
|
|
|
BDU və Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında "Neft Kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - proqram çəçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
|
|
|
BDU ilə Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən "Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə)" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - proqramın əsas məqsədlərindən biri iqtisadi və idarəetmə elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.
|
|
|
BDU ilə İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən "Beynəlxalq münasibətlər və diplomotiya" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı - proqramın məqsədi siyasət və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəlliyətlərində praktik problemləri təsnif etmək və onları həll etmək bacarıqlarına malik, habelə, təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtiasalı mütəxəssislərin hazırlanmasıdır.
|
|
|
BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında 2020-ci ildə imzalanmış müqaviləyə əsasən “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı – proqram çərçivəsində ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir.
|
|
|
BDU ilə Fransanın Lumière Lyon 2 Universiteti arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən “Əqli mülkiyət hüququ” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı proqram ingilis və fransız dillərində tədris ediləcək və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılacaqdır. Bu proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk Fransa-Azərbaycan ikili diplom proqramıdır. Proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və imtahanlarının keçirilməsinə görə məsuliyyət Azərbaycan Fransız İnstitutuna həvalə edilmişdir.
|
|
|
BDU ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında 2018-ci ildə imzalanmış müqaviləyə əsasən hüquq sahəsində doktorantura səviyyəsində birgə ikili diplom proqramı.
|
|
|
BDU ilə Almaniyanın Vürçburq Universiteti arasında 2011-ci ildə imzalanmış müqaviləyə əsasən “Avropa hüququ” ixtisası üzrə magistratura pilləsində birgə ikili diplom proqramının icrasına başlanılmış və layihə 2019-cu ilə qədər davam etmişdir. Sözügedən ikili diplom layihəsi çərçivəsində BDU-nun 50 nəfər tələbəsi hər iki universitetin diplomunu əldə etmişdir. Sözügedən layihə çərçivəsində alman tərəfi proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edib, almaniyalı professorlar BDU-da mühazirə oxuyublar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilib.
|