Muzeylər

Bakı Dövlət Universitetində (BDU) 5 muzey fəaliyyət göstərir:

• Heydər Əliyev muzeyi
• BDU-nun tarixi muzeyi
• Faydalı qazıntılar muzeyi
• Təkamül muzeyi
• Arxeologiya və etnoqrafiya muzeyi

BDU-nun muzeyləri Universitetin ictimai həyatında, eləcə də tədris və elmi-tədqiqat fəaliyyətində mühüm rol oynayır.

BDU-da ilk muzey 1920-ci ildə yaradılıb. BDU-nun tarixini əks etdirən muzeydə tarixi faktları əks etdirən zəngin materiallar toplanıb. 1937-ci ildə Təkamül muzeyi, 1943-cü ildə Faydalı qazıntılar muzeyi, 1976-cı ildə Arxeologiya və etnoqrafiya muzeyi, 1997-ci ildə Heydər Əliyev muzeyi fəaliyyətə başlayıb.

Muzeylərdə mühafizə olunan maddi-mədəniyyət sərvətlərinin və əşyaların nümayişi hamı üçün açıqdır. Eyni zamanda müvafiq ixtisaslar üzrə tədris prosesində muzeylərin imkanlarından geniş istifadə edilir. 

Muzeylər öz profillərinə uyğun olaraq əşyaları və kolleksiyaları aşkar edir, toplayır, qoruyur,  öyrənir və təbliğ edir. Təhsilalanlara və digər ziyarətçilərə əşya və kolleksiyaları nümayiş etdirir, onlardan təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadəni təşkil edir.

Muzeylərin fonduna daxil edilmiş muzey əşyaları və kolleksiyaları BDU-nun sərvətidir və muzey fondları mühafizə olunur.

 

 

.