BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının professoru Elnarə Şəfiyevanın rəhbərliyi ilə klinik psixologiya üzrə ixtisaslaşan doktorant və magistrantlar Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün "Emosional davamlılığın yüksəldilməsi" mövzusunda treninq keçiblər.
Təlimdə Psixologiya kafedrasının müəllimi Emiliya İgidova və SABAH qruplarının müəllimi David Poladov auditoriyanı emosional davamlılığın peşə fəaliyyətindəki əhəmiyyəti ilə bağlı məlumatlandırıb.
Nəzəri və praktik hissədən ibarət olan treninq zamanı iştirakçılara xidməti fəaliyyət göstəricilərini yüksəltmək üçün müxtəlif məşqlər və fəndlər təqdim olunub, onların qarşılaşdığı problemlərin həllinə yönəlmiş psixodram keçirilib və təklif olunan alternativ davranış formaları müzakirə edilib.
Professor Elnarə Şəfiyeva Xidmət əməkdaşlarının emosional davamlılıqla bağlı suallarını cavablandırıb, iş şəraitində rastlaşıla biləcək müxtəlif situasiyalara adekvat reaksiyalar göstərməyin vacibliyinə toxunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.