Mədəniyyət-Yaradıcılıq Mərkəzi

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 2020-ci ildə özfəaliyyət klubunun bazasında yaradılmışdır. Əsas vəzifəsi mədəni-kütləvi tədbirlər, müsabiqə və festivallar keçirmək, Universitetin əməkdaş və tələbələrin öz yaradıcılıqlarını üzə çıxartması və inkişaf etdirmsi üçün şərait yaratmaq, onların asudə vaxtlarının səmərəli formada keçirilməsini təşkil etmək, eləcə də tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, ölkədə aparılan mədəniyyət siyasətinin mahiyyətinin tələbələrə aşılanması, ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunub saxlanılması, multikultural və mənəvi dəyərlərin universitetdə təşviqini həyata keçirmək və s.-dir.

Mərkəz müntəzəm olaraq kütləvi tədbirlər, ədəbi-bədii gecələr, yeni kompozisiyalar, müsabiqə, sərgi və konfransların təşkilatçısı kimi Universitetdə həyata keçirilən sosial layihələrdə yaxından iştirak edir. Ölkədə aparılan genişmiqyaslı layihələrdə, müxtəlif ədəbi-bədii tədbirlərdə BDU əməkdaş və tələbələrinin fəal iştirakının təmin olunması istiqamətində iş aparır, istedadlı tələbələrin özünüinkişafının üzə çıxarılmasında fəal rol oynayır.

Mərkəzdə tələbə qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblı, xor, rəsm və dram dərnəyi fəaliyyət göstərir.

Mərkəz BDU tələbələrinin respublika müsabiqə və festivallarında iştirakı istiqamətində səmərəli fəaliyyət göstərir. 2020-ci ildə Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə keçirilən “Tələbə baharı” XIII ümumrespublika tələbə-yaradıcılıq festivalında BDU-nun Geologiya fakültəsinin tələbəsi Kənan Məmmədli estrada musiqisi janrı üzrə müsabiqənin qalibi, 2021-ci ildə ildə keçirilən “Tələbə baharı” XIV ümumrespublika tələbə-yaradıcılıq festivalında BDU tələbələrinin rəqs ansamblı milli rəqslər nominasiyası üzrə I, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Firudun Yusifov və Sosial elmlər və psixologiya fakültəsinin magistrantı Püstə Şükürova milli rəqslər (duet) nominasiyası üzrə I, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Cəfərova bəstəkar mahnılarının ifası nominasiya üzrə isə III yerə, 2021-ci ildə keçirilən “Tələbə baharı” XIV ümumrespublika tələbə-yaradıcılıq festivalında BDU tələbələrinin rəqs ansamblı müsabiqədə milli rəqslər nominasiyası üzrə I, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Firudun Yusifov və Sosial elmlər və psixologiya fakültəsinin II kurs magistrı Püstə Şükürova milli rəqslər (duet) nominasiyası üzrə I, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Səbinə Cəfərova bəstəkar mahnılarının ifası nominasiya üzrə isə III yerə layiq görülüb.

Mərkəz BDU TV ilə birgə  “Evdə qal”, “Xilaskar”, “Ulu Öndər”, “Vətən marşı”, “İstiqlaliyyət”, “Deyirəm uşaqlar heç ağlamasın”, “Körpə gülüşü – sevinc himni”, “Bakı Dövlət Universitetinin müəllimləri”, “Milli mədəniyyətimizin Üzeyir zirvəsi”, “Azərbaycan”,  Vətən müharibəsi ilə bağlı və torpaqlarımızın erməni işğalından azad edilməsi uğurunda davam edən haqq mübarizəmizə həsr olunan “Şuşa bizi gözləyir”, “Xarı bülbül”, “Həsrətinə qovuşduq, Xudafərin!” və s. kompozisiyalar, adlı musiqili kompozisyaları hazırlanmış, “Hər yer Qarabağ, hər kəs Qarabağ”  və s. videoçarxlar hazırlayaraq təqdim etmişdir.

.