İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi BDU-nun kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrinin qurulması, Universitetin tədris, təlim-tərbiyə prosesi, elmi fəaliyyət və sosial həyatında baş verən yeniliklərlə tanış edilməsi, təcrübə mübadiləsi və s. həyata keçirir. BDU, onun fakültə və struktur bölmələrinin, tabeliyindəki qurumlarının ictimai təşkilatlar, elm və təhsil müəssisələri, yaradıcı birliklər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə sıx və səmərəli əlaqələrini yaradır, Universitet həyatında baş verən yeniliklərlə, görülən işlər, perspektiv layihələrlə bağlı ictimaiyyəti müntəzəm məlumatlandırır. 

Şöbə Universitetdə baş verən yeniliklər, keçirilən tədbirlər, elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin operativ və mütəmadi məlumatlandırılması məqsədilə struktur bölmələrin KİV və ictimaiyyətlə əlaqələrini koordinasiya edir, Universitetin informasiya təminatını, təbliğat-təşviqat işlərinin aparılması və bu istiqamətdə təhlillərin hazırlanmasını həyata keçirir. 

Şöbənin vəzifələrinə həmçinin yeniliklərlə bağlı press-relizlər, məlumat bülletenləri, müsahibələr, reportajların və s. hazırlanması, mətbuat və ictimaiyyətdən daxil olmuş sorğuların cavablandırılması, tədris, təlim-tərbiyə prosesi, elmi fəaliyyət və sosial həyatda baş verən yeniliklərlə bağlı materialların ictimaiyyətə təqdim edilməsi, BDU əməkdaşlarının KİV-də çıxışlarının, mətbuat konfranslarının, brifinqlərinin, ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, əlaqələndirilməsi və Universitet tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakının təmin edilməsi, Universitetin KİV və ictimaiyyətlə əlaqələrində səmərəliliyin artırılması, mətbuatın monitorinqinin aparılması, BDU haqqında nüfuzlu KİV-də dərc olunmuş məlumatların toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsi, bu istiqamətdə təhlillərin aparılması və s. daxildir. 

Hazırda İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ölkənin ictimai təşkilatları və aparıcı media qurumları ilə sıx əməkdaşlıq edir. Nüfuzlu kütləvi informasiya vasitələri Universitet həyatı ilə bağlı yeniliklərlə, üç dildə - Azərbaycan, rus və ingilis dillərində materiallarla təmin olunur. 

Şöbə BDU-nun rəsmi saytı və sosial media hesablarını idarə edir.

www.bsu.edu.az
@bdu.eduaz1919
@bdu_eduaz
@bdu_eduaz
@bdu.eduaz
Baku State University