“Xocalı faciəsi əcnəbi tələbələrin gözü ilə”
Tədbir əcnəbi tələbələrin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Tarix fakültəsinin dosenti Boran Əziz Xocalı soyqırımı haqqında məruzə edib, bu faciənin tək Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayıb.
Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova “Qarabağ şikəstəsi” və “Laylay, Xocalım” mahnılarını ifa edib.
Xarici tələbələrin ifasında “Xocalım, ay Xocalım” kompozisiyası nümayiş edilib.
Daha sonra Çin və Türkiyədən olan əcnəbi tələbələr “Sarı gəlin”, “Annem” mahnılarını, “”Gedək gəzək Xocalını”, “Şəhidlərə”, “Xocalı”, “Xocalı yası”, “Qanlar yerdə qalmadı” şeirlərini ifa ediblər.