BDU-nun tətbiqi riyaziyyat üzrə elmi məktəblərində tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu “Lipşitz funksiyalarının ümumi Morrey fəzalarında maksimal funksiyanın kommutatorları vasitəsilə xarakteristikası” (“Characterizations of Lipschitz functions via the commutators of maximal function in total Morrey spaces”) adlı məqalə “Web of Science” və “Scopus” bazalarında indekslənən “Mathematical Methods in the Applied Sciences” jurnalında (Q1 kvartilli, IF: 2.9) dərc olunub.
https://onlinelibrary.wiley.com/doi/abs/10.1002/mma.10038
Məqalədə ümumi Morri fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb. Bununla yanaşı, Morri fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.