SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə
Təhsil Nazirliyinin SABAH qruplarında 2022/2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən namizədlər 24 iyun 00:00-dək müraciət formasını doldurmalıdırlar.
Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/.../azerbaycan-respublikasi-tehsil...) daxil olaraq əldə etmək olar.