Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Elmi Kitabxanada istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Elmi Kitabxanada istehsalat təcrübəsində olublar.
Tələbələr təcrübə dövründə Elmi Kitabxananın yaranma tarixi, fəaliyyəti, strukturu, fondu, kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi və digər iş üsulları ilə yaxından tanış olublar. Kitabxananın bütün fəaliyyət istiqamətləri üzrə nəzəri və praktiki biliklərə yiyələnən tələbələr təcrübə müddətində Elmi Kitabxanada keçirilən müxtəlif kütləvi tədbir və kitabxanadaxili proseslərdə iştirak ediblər.
Tələbələr həmçinin Elmi Kitabxananın respublika ali məktəb kitabxanalarının metodik mərkəzi kimi fəaliyyəti, Azərbaycan İnformasiya Konsorsiumu çərçivəsində gördüyü işlər, xüsusilə EİFL.net Beynəlxalq Konsorsiumu ilə əməkdaşlığı barədə məlumatlandırılıb, EBSCHost platformasında interaktiv axtarış mövzularında təlimlərdə fəallıqları ilə seçiliblər.
İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyi, təcrübə rəhbərləri, kitabxananın peşəkar mütəxəssislərinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparılıb, onların fəaliyyəti qiymətləndirilib.