“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edirlər
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 4 şagirdi ənənəvi olaraq hər il ABŞ da keçirilən ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edir.
“Sabahın alimləri” XI Respublika Müsabiqəsinin qalibləri sırasından seçilən şagirdlər mayın 13-dək ABŞ-ın Corciya ştatının Atlanta şəhərində ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində öz layihələrini təqdim edəcəklər.
Liseyin şagirdləri - Ayaz Ömərli “Ekologiya, ətraf mühitin idarə olunması” nominasiyasında “Qarabağ regionunun ekosisteminin (meşə massivlərinin) innovativ texnologiyalar vasitəsilə sürətləndirilmiş (intensivləşdirilmiş) bərpası”, Ərhan İbrahimli “Biologiya” nominasiyasında “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası”, Nigar Namazova və Lalə Hüseynova “Mühəndislik nominasiyasında “Qənaətcil ağıllı suvarma sistemi” layihələri ilə çıxış edirlər.
Qeyd edək ki, ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı 7 layihə ilə 12 şagird təmsil edir.