"Gənc istedadlar" liseyinin şagirdinin böyük uğuru
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında böyük uğura imza atıb.
Mayın 15-də Özbəkistanda kimya fənni üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadası təşkil olunub.
Elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.
Belə ki, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva və Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov bürünc medala layiq görülüblər.
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!