“Gənc istedadlar” liseyinin 7 şagirdi Lütfi Zadə adına məntiq olimpiadasında qalib olub
Lütfi Zadə adına məntiq olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Bilik yarışında qalib olan 65 şagirddən 7-si Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləridir.
Belə ki, liseyin şagirdləri Məhəmməd Salmanov və Alikamal Salman I yerə, Sulduz Hacıyev və Aqşin Hüseynli II yerə, Nəzrin Abdullazadə, Mehri Qasımzadə, Aysu Abbasova III yerə layiq görülüblər.
Xatırladaq ki, olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.