Fizika Problemləri ETİ-də növbəti elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.
Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Mübariz Məmmədov “Oksidləşdiricinin çatışmazlığı rejimində bircins məsaməli silisiumun alınması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə oksidləşdiricinin çatışmazlığı rejimində sirkə turşusunun HF/HNO3/CH3COOH məhlulunda məsaməli silisiumun formalaşmasına təsiri araşdırılıb. Müəyyən edilib ki, sirkə turşusunun konsentrasiyası artdıqca inkubasiya müddəti artır, reaksiyanın sürəti azalır, qabarcıq yaranma prosesi zəifləyir və alınan təbəqələrin lateral bircinsliyi təmin olunur. Müxtəlif qalınlıqlı bircins məsaməli silisiumun alınması üçün aşılayıcı məhlulun optimal tərkibi müəyyən edilib. Alınmış nümunələrin fotolyuminessensiya və həyəcanlaşma spektrləri tədqiq edilib.
Məruzəçi seminarın sonunda iştirakçıların suallarını cavablandırıb.