Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransında 200-ə yaxın mövzu müzakirə edilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransında (NASCO XXVI) “Riyaziyyat və İKT”, “Tibb elmləri”, “Mühəndislik”, “Təbiət elmləri”, “İqtisadiyyat və idarəetmə”, “Pedaqogika və psixologiya”, “Tarix, fəlsəfə, hüquq, siyasi elmlər və sosiologiya”, “Filologiya və mədəniyyətşünaslıq” bölmələrində 200-ə yaxın məruzə dinlənilib. Tanınmış professor-müəllimlərin iştirakı ilə keçirilən bölmə iclaslarında məruzələr ətrafında fikir mübadiləsi aparılıb, aparılan tədqiqatlar üzrə doktorantlara məsləhət və tövsiyələr verilib. Onkoloji xəstəliklərin yeni müasir metodlarla müalicəsi, müxtəlif sənaye sahələrində proqramlaşdırma dillərinin tətbiqi, mühəndis qurğularında innovativ tətbiqlər, yeni materiallar, müəllimlərin peşəkarlığının artırılması, bibliometrik təhlillər, dilşünaslıq, sənaye parklarının yaradılması problemləri, rəqəmsallaşma, logistika, yaşıl enerji, sosial işin təşkili, təhsil hüququ, elektron hökumət və s. kimi mövzular üzrə alınmış nəticələr ətrafında fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.