Biologiya fakültəsinin tələbələri istehsalat və elmi-tədqiqat təcrübəsində
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika, Zoologiya, Fiziologiya, Genetik Ehtiyatlar, Biofizika və Radiasiya Problemləri institutlarının laboratoriyalarında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nəzdindəki "Xıllı Balıq" MMC-də istehsalat təcrübəsi keçirlər.
İstehsalat təcrübələri aprelin 19-dək davam edəcək.
Fakültənin II kurs magistrantları isə elmi-tədqiqat təcrübələrini AMEA-nın müvafiq institutlarının laboratoriyalarında davam etdirirlər. Elmi-tədqiqat təcrübəsinin davamiyyət müddəti 4 həftədir.