BDU və Dövlət Gömrük Komitəsinin Akademiyası birgə təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “”İnzibati icraat haqqında” qanunun inzibati hüquq sistemində yeri və əhəmiyyəti” mövzusunda təlim keçirilib.
Görüşdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş məsləhətçisi, Dövlət Gömrük Akademiyasının inzibati hüquq müəllimi Zeynab Qənbərova mövzu ilə bağlı çıxış edib.
Təlimdə “İnzibati icraat haqqında” qanunda inzibati aktlar təhlil olunub, qanunun tətbiq edildiyi münasibətlər, inzibati orqanların fəaliyyəti haqqında məlumat verilib.
Təlim diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.