BDU və DOST Agentliyinin sosial sahədə müasir dövlət xidmətlərinə dair elmi-praktiki konfransına qeydiyyat davam edir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
DOST Agentliyinin və Bakı Dövlət Universitetinin birgə təşkil edəcəkləri konfrans dekabrın 15-də BDU-da keçiriləcək. Konfrans materialları jurnal formasında BDU və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.
\Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 2023-cü il dekabrın 5-dək [email protected] elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86 ünvanına birbaşa təqdim edə bilərlər.