BDU tələbələri “Bakı Marafonu-2022”də iştirak ediblər
Bakı Dövlət Universitetinin tələbələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”də iştirak ediblər.
“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 700-dən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda tələbələrimiz aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı Marafonu-2022”nin xüsusi medalları ilə təltif olunublar.
2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Beşinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.