BDU tələbələri “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin zavodunda
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin zavoduna ekskursiya ediblər.
Tələbələr zavodda yaradılan şəraitlə tanış olublar. Onlara “Coca-Cola”nın yaranma tarixi, şirkətin məhsullarının keyfiyyət göstəriciləri, keyfiyyət analizi laboratoriyaları və istehsalat prosesi barədə ətraflı məlumat verilib. Həmçinin suyun yüksək keyfiyyətli filtrlərlə təmizlənməsi, plastik qablaşdırmaların istehsalı, konveyerlərdə hazır məhsulun qablara tökülməsi prosesləri də əyani olaraq göstərilib. Daha sonra tələbələrə istehsal prosesi ilə əlaqədar müasir standartlar haqqında təqdimat edilib, biotexnologiyanın şirəli içkilərin istehsalatında vacib rolu diqqətə çatdırılıb.
Sonda zavodun fəaliyyəti və məhsulların hazırlanma texnologiyaları ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.