BDU SABAH qruplarının tələbələri Bakı Apellyasiya Məhkəməsinin iclasını səhnələşdirib
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının II kurs Hüquqşünaslıq ixtisasının tələbələri Bakı Apellyasiya Məhkəməsinin iclasının səhnələşdirilmiş debatını təşkil edib. Rol oyunları metodundan istifadə etməklə həmin kursda Əmək hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində iddiaçı Nailə Mehtiyevanın rüşvət alaraq vəzifə saxtakarlığı törətməsi ittihamı ilə 29 ildir işlədiyi baş tibb bacısı vəzifəsindən azad edilməsi üzrə məhkəmə baxışı canlandırılıb.
Məhkəmə baxış iclasında rolları tələbələrdən Ziyvər Sədiyeva (sədrlik edən – məruzəçi hakim), Sabir Səfərli və Söhrab Səmədov (hakimlər), Gülsanə Novruzova (məhkəmə iclas katibi), Nailə Mehtiyeva (iddiaçı), Murad Məmmədli (iddiaçının vəkili), Rüstəm Əzimzadə (cavabdehin nümayəndəsi), Ləman İsparova (cavabdehin vəkili), Fidan Əliyeva və Fəzilə Əliyeva (şahidlər), Əli Həsənov (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinin nümayəndəsi – hüquqşünas), Ayxan Məmmədli (Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru), Xanım Quliyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası) və Səma Qasımova (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və məhkəmə iclasındakı nümayəndəsi) məharətlə səhnələşdiriblər.
Həmin kursda professor Mayis Əliyev tərəfindən təşkil olunmuş növbəti məhkəmə prosesində iddiaçı Şahin Bayramlının uzun müddət üzrsüz səbəbdən işə gəlməməsi, işə gəlmədiyi barədə məlumat verməməsi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə əməlini törətməsinə görə “Dakota” MMC-də işlədiyi Maliyyə şöbəsindən azad edilməsi üzrə məhkəmə baxışı canlandırılıb.
Məhkəmə baxış iclasında rolları tələbələrdən Nihad Rəhimli (sədrlik edən – məruzəçi hakim), Aysun Dünya və Rüfət İsmayılov (hakimlər), Aysu Seyidzadə (məhkəmə iclas katibi), Şahin Bayramlı (iddiaçı) , Nigar Rəhimli (iddiaçının vəkili), Emin Həziyev (cavabdeh), Əli Mirzəyev (cavabdehin vəkili), Vəfa Mustafayeva və Elmar Bəyərov (şahidlər), Fatimə Əhmədova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinin nümayəndəsi – hüquqşünas), Nərmin Salmanova (Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin prokuroru), Asiman Musayeva və Ərturqut Şərəfxanlı (Məhkəmə prosesində digər köməkçi rollar) çıxış ediblər.
Hər iki məhkəmə baxış iclasının sonunda sədrlik edən hakim yekun qətnaməni elan edib, qətnamənin qəbul edilməsinə səbəb olan hallar ətraflı izah olunub, tədbirin təşkilatçısı və rəhbəri Mayis Əliyevin, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, eyni zamanda tədbirdə iştirak edən digər peşəkar hüquqşünasların fikirləri dinlənilib.
Tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanıb, sonda məhkəmə iclasını məharətlə canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilib.