BDU-nun tələbə kollektivi şəhid məzun Şamil Nəcəfovun ailəsini ziyarət edib
Bakı Dövlət Universitinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvləri BDU Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin şəhid məzunu Şamil Nəcəfovun ailəsini ziyarət ediblər.
Ziyarətdə BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, sədr müavini Ələkbər Həsənov və Kimya fakültəsi üzrə TGT sədri Əli Qədirli iştirak ediblər. Şəhidin valideynləri Şamil haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər. Daha sonra tələbələr şəhid Şamil Nəcəfovun məzarını ziyarət ediblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində döyüşə atılan Şamil Nəcəfov 2020-ci il oktyabr ayının 1-də Murov istiqamətindəki döyüşlərdə şəhid olub. Prezidentin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.