BDU-nun SABAH qruplarının tələbəsi “Diplomatiya Könüllüləri” təcrübə proqramının qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Zübeyir Bağırzadə Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən “Diplomatiya Könüllüləri” təcrübə proqramının qalibi olub. Müddəti 6 ay olan proqramda müxtəlif ali təhsil müəssisələrinin (BDU, ADA, DİA, ADU, BSU) 200-dən çox tələbəsi, həmçinin AMEA-nın doktorantları iştirak edib. Təcrübə proqramında iştirak üçün 45 tələbə seçilib.
Təcrübə proqramının son həftəsi - “Diplomatiya Həftəsi”nin mövzusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Proqram çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev və müxtəlif dövlət nümayəndələri ilə də görüşlər keçirilib.
Diplomatiya könüllülərinin fəaliyyətinin əsas məqsədi gənclərin nəzəri və praktiki biliklərinin artırılmasına töhfə verməkdir.
1 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən “Diplomatiya Könüllüləri” qrupu özündə xarici siyasət sahəsi üzrə təhsil alan tələbə və məzunları birləşdirir. Könüllülər Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi, habelə təşkilində iştirak etdiyi tədbirlərə, o cümlədən XİN-in struktur bölmələrində təcrübəyə cəlb olunurlar.