BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu”nun bu tədris ilində tələbələrlə ilk görüşü keçirilib.
Universitetin müxtəlif fakültələrindən olan tələbələrin iştirak etdiyi görüşdə iştirakçılara “Oxu klubu”nun məqsədi və fəaliyyət planı haqqında məlumat verilib. Tələbələrin mütaliə bacarıqlarının artırılması və şəxsi inkişaflarının təmin edilməsi məqsədilə müxtəlif ədəbiyyat nümunələri müzakirə olunub, tapşırıqlar verilib.
“Oxu klubu”nun yaradılmasında məqsəd Universitet əməkdaşları və tələbələrinin təhsil və şəxsi inkişaf səviyyəsinin artırılmasıdır.
“Oxu klubu”nun fəaliyyət planı çərçivəsində moderatorluq qabiliyyətinin inkişaf etdirilməsi, ədəbiyyat nümunələrinin təhlili, oxu vərdişlərinin inkişaf etdirməsi məqsədi ilə psixi proseslər üzrə praktik çalışmalar həyata keçirilir.