BDU-nun "Psixologiya klubu"nun növbəti təlimi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunda "Psixologiya klubu"nun növbəti təlimi keçirilib.
Təlimdə "Psixoterapiyanın əsasları” mövzusu müzakirə olunub. Sosial elmlər və psixologiya fakültəsinin tələbələrinə ilkin konsultativ iş, psixoloqun etik qaydalarından bəhs edilib. Təlim nəzəri və praktik hissələrdən ibarət olub.
Təlimlər mütəmadi olaraq həftədə iki dəfə iki qrup şəklində keçirilir. Təlimlər zamanı psixoloqun etik kodeksləri, psixodiaqnostika və.digər mövzular barəsində müzakirə və diskussiyalar aparılır.
Tələbələrlə əvvəlki görüşlərdə "Psixologiya klubu"nun fəaliyyəti haqqında ətraflı məlumat verilib, onların psixologiya sahəsinə aid maraqları qeyd olunub.