BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib
İyunun 11-də Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.
Liseyə qəbul olmaq üçün 1917 nəfər müraciət edib. Onlardan 1402 nəfəri Azərbaycan, 515 nəfəri rus bölməsi üzrədir.
2022/2023-cü tədris ilində BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə 50 nəfər təşkil edir.
İmtahan prosesi mütəşəkkil qaydada keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün bütün şərait yaradılıb. İmtahanın nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.