BDU-nun nəzdində “Gənc istedadlar” liseyində "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Heydər Əliyev muzeyinin və BDU könüllülərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və milli-mənəvi dəyərlər" adlı konfrans keçirilib.
Liseyin direktoru Arif Bağırov çıxış edərək Ümummilli liderin dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edərək dahi Öndərin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdiyini vurğulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu öndər təhsil və elm sahəsinin daim hamisi olub, Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü və vətənpərvər olmasına çalışıb.
Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidzadə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda məruzə edib. Məruzədə Ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib. Həm sovet dönəmində, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən onun təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafı, ana dilimizin mühafizəsi istiqamətindəki fəaliyyətindən geniş söhbət açılıb. Məruzədə Ulu Öndərin dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını böyük uğurla həyata keçirməsi xüsusi qeyd olunub.