BDU-nun komandası “Nə? Harada? Nə zaman?” yarışında II yeri qazanıb
Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Novruz kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən yarışda 9 komanda iştirak edib. Yarış hər birində 12 sual olmaqla iki turda təşkil olunub.
Turnirdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Biznes Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci, 1 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kollecinin komandaları qüvvələrini sınayıblar. Gərgin keçən turnirdə BDU-nun Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Nə? Harada? Nə zaman?” komandası II yeri qazanıb.
Qaliblər diplom və mükafatlarla təltif olunublar.