BDU-nun Kimya fakültəsinin tələbələrinin beynəlxalq olimpiadada uğurları
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə Kimya fənni üzrə keçirilən Beynəlxalq Tələbə İnternet Olimpiadasında iştirak ediblər. 20-dən çox ölkədən 350 tələbənin qatıldığı olimpiadada Kimya fakültəsinin I kurs magistri Kənan Ağayev I, Kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Cahan İsmayılova II, I kurs tələbələri Dərya Həsənova, Rəvanə Quliyeva, Rəşad Mütəllibov, Məsumə Hüseynova isə III yerə layiq görülüblər.
Tələbələrimizi təbrik edir və yeni uğurlar arzulayırıq!