BDU-nun Kimya fakültəsi və SOCAR Polymer zavodunun əməkdaşları arasında görüş keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi ilə SOCAR Polymer zavodunun əməkdaşları arasında görüş keçirilib.
Görüşdə Kimya fakültəsinin dekanı vəzifəsini icra edən Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, SOCAR Polymer zavodunun baş direktoru Fuad Əhmədov və zavodun Rusiya üzrə təmsilçisi Qabil Mikayılov iştirak ediblər.
Görüşdə Kimya fakültəsinin fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. F.Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi və Kimya fakültəsinin əməkdaşlıq imkanları haqqında məlumat verib.
F.Əhmədov zavod haqqında geniş məlumat verib. BDU-nun Kimya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisasının tələbələri üçün bakalavr və magistratura səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və zavodda yaradılacaq şəraitdən söz açıb.
Görüşdə gələcək əməkdaşlıq üçün fəaliyyət planı mükazirə edilib. BDU-nun müəllimləri zavodun laboratoriyaları və idarəetmə mərkəzi ilə tanış olublar.