BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyevin “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabı nəşr olunub
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyevin “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabı nəşr olunub. Kitab müasir Azərbaycan dövlətinin qurucusu, hüquq islahatlarının banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Kitabın ön sözünün müəllifi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovdur.
Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətləri hüquqi-nəzəri aspektdən geniş şəkildə şərh olunub. Altı fəsildən ibarət olan kitabda Ulu Öndər Heydər Əliyevin islahatlarının hüquq elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi əsasları, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və konstitusiya hüquq elminin inkişafı, Ümummilli Liderin hüquq təhsilinin inkişafında rolu, peşəkar və ixtisaslaşmış kadrların hazırlanması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilib.
Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin təhsil, o cümlədən hüquq təhsili haqqında kəlamları da öz əksini tapıb.