BDU-nun Coğrafiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.
Onlar BDU-nun Quba Tədris-təcrübə və istirahət Mərkəzində ərazinin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olub, əhalisi barədə məlumat alıblar.
Fakültə dekanı Şəkər Məmmədova, Polşanın Pozna Universitetinin professoru Sezari Mondini , eləcə də təcrübə rəhbərləri - professor Çingiz İsmayılov, dosent Saleh Nağıyev, dosent Elxan Nuriyev, coğrafiya üzrə fəlsəfə doktoru Səbuhi Talıbov ərazinin landşaftı, su hövzələri, torpaq-bitki örtüyü, eləcə də turizm-rekreasiya ehtiyatları haqqında tələbələri məlumatlandırıblar.
Fakültənin tələbələri ilə birlikdə ayrı-ayrı ixtisaslaşmalar üzrə ərazinin təbii şəraitinin qiymətləndirilməsi aparılıb.