BDU-nun alimi “Əlişir Nəvai” qızıl medalına layiq görülüb
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının müdiri filologiya elmləri doktoru Ramiz Əskərov Qazaxıstanın paytaxtı Nur-Sultanda qızıl medala layiq görülüb.
R.Əskərov Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiklərinə həsr olunmuş “Şərqin ulduzları” konfransı çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə xidmətlərinə görə “Əlişir Nəvai” qızıl medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, R.Əskərov Abay Kunanbayev və Əlişir Nəvainin seçilmiş əsərlərini, “Kız Jibek” dastanını, Mağcan Cumabayın 2 əsərini Azərbaycan dilinə tərcümə edib.