BDU əməkdaşı Almaniyada dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyini sınaqdan keçirəcək
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova Almaniyanın Heydelberq Univerisitetinin Manhaym Tibb fakültəsinin nəzdində Cərrahiyə Klinikasında təcrübə keçəcək.
2024-cü il yanvarın 1-dən 31-dək davam edəcək təcrübə zamanı Aynurə Kərimova hüceyrə xətləri üzərində yeni tədqiqat metodlarının öyrənilməsi, eləcə də Nanoaraşdırmalar ETL-də hazırlanan müxtəlif dərman daşıma sistemlərinin xərçəng hüceyrələrində sınaqdan keçirilməsi üzrə tədqiqatlar aparacaq.
Yeni yaradılan dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyinin sınanılması nəzərdə tutulur.