BDU Elmi Şurasının 2023-cü ildə son iclası
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2023-cü ildə son iclası keçirilib.
Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Tədbirlər Planı üzrə görülmüş işlər barədə hesabatı təqdim edib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili haqqında məlumat verib.
İclasda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı BDU-nun Tədbirlər Planının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov BDU-nun akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının yekun hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2023-2028-ci tədris illəri üzrə Fəaliyyət Planı haqqında Şura iştirakçılarını məlumatlandırıb.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.