BDU-da “Xocalını unutmadıq” adlı rəsm sərgisi təşkil olunub
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalını unutmadıq” adlı rəsm sərgisi açılıb.
Sərgidə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyinin üzvü olan 10-dan çox tələbənin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərləri nümayiş olunur.
Rəsm əsərləri soyqırıma məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini, erməni təcavüzkarlarının törətdikləri cinayətlərin dəhşətlərini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır.
Sərgi həftənin sonunadək davam edəcək.
Sərginin açılışından sonra tanınmış şair, Prezident təqaüdçüsü Nurəngiz Günün "Xocalı simfoniyası" poeması əsasında çəkilmiş televiziya filmi nümayiş etdirilib.