BDU-da xərçəng hüceyrələrinə qarşı inhibirləşdrici təsirə malik olan gümüş nanohissəciklərinin sintezi istiqamətində tədqiqatlar uğurla davam edir
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun və AMEA-nın vitse- prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın həmmüəllifi olduqları “Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin ekoloji cəhətdən təmiz sintezi: antixərçəng və antimikrob təsirlər” (Ecofriendly Synthesis of Silver Nanoparticles Using Ananas comosus Fruit Peels: Anticanser and Antimicrobial Activities) adlı məqalə Web of Science bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Bioinorganic Chemistry and Applications” jurnalında dərc olunub (https://www.hindawi.com/journals/bca/2021/2058149/).
Məqalədə, Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin yaşıl sintezindən bəhs edilir. Son dövrlərdə metal nanohissəcikləri, xüsusən də gümüş nanohissəciklərinin bir çox istiqamətlərdə, o cümlədən tibdə geniş istifadə olunduğunu məlumdur. Bu baxımdan görülən elmi-tədqiqt işi yüksək aktuallığa malikdir. Aparılan tədqiqatlar nəticəsində alınmış gümüş nanohissəcikləri bir çox müasir metodlardan istifadə olunaraq tədqiq edilib (UV-Spektrofotometriya, Skanedici Elektron Mikroskopu, XRD analiz və s.). Həmçinin, məqalədə gümüş nanohissəciklərinin bəzi patogen mikroorqanizmlərə qarşı antimikrob, o cümlədən xərçəng hüceyrələrinə qarşı inhibirləşdrici təsiri müəyyən edilmişdir.